Главная » 2010 » sentyabr » 24 » K.Tsxadadze: "Bu, 5 illik məşqçilik karyeramda 3-cü çempionluq titulumdur"
19:09 K.Tsxadadze: "Bu, 5 illik məşqçilik karyeramda 3-cü çempionluq titulumdur" |
"İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze bazar günü "Gəncə” ilə keçiriləcək oyun barəsində fikirlərini açıqladı.
-"Gəncə” bu mövsüm komandalar qarşısına möhkəm komanda kimi çıxdı...
-Oyunlarına baxmışam, kifayət qədər yaxşı komandadır. "Gəncə” cürətlə hücum edir, komanda yaxşı cinahlara malikdir. Bu komanda məndə xoş təəssürat yaratdı. Bu həftə onların "Qarabağ”la oyunları oldu və həmin matçda bəzi futbolçulara istirahət verilməsi mənə aydın olmadı. Amma güman ki, belə bir addım "İnter”lə keçiriləcək oyunla bağlı atılmışdı. Yəqin ki, bizimlə oyun onlar üçün daha vacibdir. Axı, çempionlara qarşı xüsusilə köklənirlər.
-Matça hazırlıq necə keçir?
-Normal keçir. Uşaqlar yaxşı formadadırlar, qarşılaşmaya yaxşı hazırlaşmışıq.
-Zədəlilərlə bağlı vəziyyət necədir?
-Vəziyyət yaxşılaşır. Vladimir Levin və Aleksandr Çertoqanov komanda ilə birlikdə məşq etməyə yaxındırlar.
-Dünən mükafatlandırma mərasmi keçirildi. Bu Sizin Azərbaycanda ilk çempion titulunuzdur...
--Bəli, Azərbaycanda ilk çempionluğumdur. Ümumillikdə, bu, 5 illik məşqçilik karyeramda 3-cü çempionluq titulumdur. Biz tamamilə layiqli çempion olduq, uzun müddət liderlər qrupunda olduq və haqlı olaraq finişi birinci yerdə başa vurduq.
|
Категория: Müsahibələr |
Просмотров: 518 |
Добавил: aga-zade
| Рейтинг: 0.0/0 |
|