"Inter”-"Terek” oyunundan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze görüş barədə öz
fikirlərini bizimlə bölüşdü:
-Biz əvvəldən və nəticələrdən asılı olmayaraq, oyunları iki heyətlə keçirməyi planlaşdırmışdıq. Bu gediş bizim toplanış proqramına daxıl idi.
Etiraf edirəm ki, birinci yoxlama görüşündə "Metallurq” klubunu 4:0 hesabı ilə məğlub
etsək də, komandamız bu oyunda çox zəif təsir
bağışladı. İkinci qarşılaşma bizim üçün daha yaxşı keçdi. "Terek”lə keçirilən
görüşün birinci hissəsisə komandamızın irəliləyişini aydın göstərdi. Birinci
hissədə yaxşı futbol sərgilədik.
Çoxdandır bir yerdə oynayan futbolçuların bir-birini yaxşı başa
düşməsi xoşuma gəldi. Sürətdə və hərəkətdə də çox artırmışıq, biz hətta bəzi
məqamlarda rəqib komandanı üstələyirdik. Lakin ikinci hissədə meydana çıxan
futbolçular çoxlu səhvlərə yol verdilər. Bu haqda mən onlara oyundan sonra da
dedim. Bu futbolçulara və xüsusilə komandamıza təzə gələn oyunçulara öz üzərində
çox işləmək lazımdır. Onlar başa düşməlidirlər ki,”İnter” klubunda öz işinə
yanaşma tərzi və tələblər başqadır.
Onlara komandamızın sərgilədiyi oyuna uyğunlaşmaq lazımdır. Onlarda öz işinə peşəkar
yanaşma və çalışmalara böyük həvəs var. Bilirəm ki, buna uyğunlaşmaq üçun 3 həftə
çox az müddətdir, amma oyunlar və məşqlərdəki tapşırıqlar bizə tez bir zamanda buna nail
olmağa kömək edəcək.
|