Bakının "İnter” klubunun heyətdən kənarlaşdırdığı bolqarıstanlı Jivko Jelev özünə yeni iş yeri tapıb. 31 yaşlı müdafiəçi Bolqarıstan təmsilçisi "Slaviya” ilə anlaşıb. O, bu klubla 2 illik müqavilə imzalayıb.
Bu, komandaya yeni baş məşqçi təyin olunan Martin Kuşevin ilk transferi kimi yadda qalıb. Çalışdırıcı karyerasını son klubu olan "Simurq”da davam etdirmək istəməyən mərkəz müdafiəçisinə güvənir: "Bəli, Jivko Jilevi komandamıza cəlb etməyimiz doğrudur. Onunla rəsmi müqavilə imzalamışıq. Jelev yetərincə təcrübəli futbolçudur. Onun yaxşı karyerası var. Hesab edirəm ki, o, komandamıza kömək edə biləcək”.
Qeyd edək ki, Jivko ötən yay "İnter”ə məhz Bolqarıstandan gəlmişdi. O, Premyer Liqanın ilk dövrəsini bu klubda, II dövrəsini isə icarə əsasında "Simurq”da oynayıb.
|