Главная » 2011 » Mart » 19 » İtaliyanın Milanı Bakı İnterinin qonağıdır
18:39
İtaliyanın Milanı Bakı İnterinin qonağıdır
Xəbər verdiyimiz kimi, "Milan Junior Camp" layihəsi çərçivəsində İtaliyanın "Milan” klubunun uşaq-yeniyetmə məktəbinin məşqçiləri Bakıya təşrif buruyublar. bununla əlarədar olaraq bu gün "Şəfa" stadionunda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Layihənin direktoru Marko Skembri növbəti dəfə Bakıda olmaqdan məmnunluq duyduqlarını bildirib. Azərbaycanda futbolun inkişafına diqqət yetirildiyini deyən cənab Skembri əlavə edib ki, layihə çərçivəsində keçiriləcək məşqlər yerli uşaq futbolçuların inkişafına müsbət təsir göstərəcək. "İnter"in uşaq-gənclər məktəbinini layihə rəhbəri Valentin Xodukin qonaqları salamlayaraq deyib ki, italiyalı məşqçilərin hər səfəri yerli uşaq və yeniyetmə futbolçuların məşqlərə marağını daha da artırır. Xodukin əmin olduğunu bildirdi ki, layihə çərçivəsində baş tutacaq təlim-məşqlər Azərbaycanda istedadlı futbolçuların yetişdirilməsi işinə öz töhvəsini verəcək.
Çıxışlardan sonra italiyalı qonaqlar "Milan" komandasının oyunçusu Zlatan İbrahimoviçin imzaladığı futbol köynəyini Xodukinə hədiyyə ediblər. Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.