İnter "Müstəqil Birlik Kubok"unda ilk oyununda uğurla çıxış edərir.Bu gün komandamız qrupda ikinci oyununu keçirdi.Bu dəfə rəqibimiz Taciqistan çempionu "İstiqlol" oldu.Oyun gözlənildiyindən çətin keçdi.Belə ki ilk hissə "İnter"in hücumları şəraitində keçsədə qolu birinci hissənin sonunda Bronislav Çervenko vurdu.İkinci hissə hücumlarını daha da artıran "İnter" oyunun ən yaxşılarından biri olan Girt Karlsons hesabı artırdı oyunun sonlarında meydana təzə çıxan Şəhriyar Rəhimov hesabı 3:0 edərək darmadağına imza atdı.Bu qalibiyyətlə komandamız 1/4 final mərhələsinə vəsiqəni özünə təmin etdi.
Oyunun ən yaxşısı isə millimizin üzvü Vladimir Levin oldu.Oyundan sonra baş məşqçi Kaxaber Tsxadadze bunları dedi.
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən "Birlik Kuboku”nun qrup mərhələsinin ikinci turundakı Tacikistan `İstiqlal`ı ilə qarşılaşma barədə fikirlərini açıqlayıb. "bankirlər”in çalışdırıcıs 3 cavabsız qolla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib: "Komandamız matça heç də taqətsiz çıxmamışdı, sadəcə təmkinli oynamağa çalışırdıq. Burda qol vəziyyətlərinin reallaşmasındakı zəiflik də sözünü deyirdi. Yaxşı ki, ilk hissənin sonlarında qol vura bildik. İkinci hissədəki əvəzləmələr isə oyundakı fəallığı daha da artırdı. `İskra-Stal` ilə oyun bizim üçün vacibdimi? Bəli. Çünki biz 1/4 finala qrupdan lider kimi yüksəlmək istəyirik”.
Xatırladaq ki komandamız qrupda son oyununu yanvarın 19 da Moldoviya təmsilçisi "İskra Stal"komandasına qarşı keçirəcək.
|