Keçən sezon İnter heçdə öz adına layiq oyun sərgiləmədi.Bu bir kənara öz bərbad oyunu ilə İnter azarkeşlərinin gözü yaşlı qoydu və Avro Liqa həyəcanından məhrum etdi.Hamı elə düşünürdü ki İnter yeni legionerlər transfer edib bu heyyətlə qalacaq.Amm yanıldılar özüdə çox pis yanıldılar.Sezon bitər bitməz 15 dən artıq futbolçu ilə yollarını ayırdı.Bax bu anda da bəziləri düşündü ki yenə legionerlər yenə gürcülər yenə necə deyərlər"Köhnə hamam köhnə tas" amma klub başqanı və Kaxa tam tərsinə legionerlər əvəzinə vaxtı ilə İnterdə top qovmuş necə deyərlər buranın abuhavasın bilən oyunçuları sıralarına qatdı.Ruslan Asif Xəyal Nizami Samir və bir neçə futbolçunu heyyətinə qatmaqla bəzi üzdən iraq jurnalistlərin reklam alveri sayəsində Azərbaycan futbol azarkeşləri arasındayaradılmış süni aşağı reytinqini qaldırmış oldu və olacaq.Hər halda mən bir İnter azarkeşi olaraq bu addımı çox müsbət qarşılayıram.Ayağı top tutmayan səviyyəsiz legioner əvəzinə meydanda qan tökən can qoyan Azərbaycanlı oyunçu ilə lap 3 cü yeri tutmaq çox yaxşı nəticə olar.Bunu artıq Qarabağ sübut elədi.Amma bir neçə səviyyəli komandanın şərəfini qoruya biləcək və hansı klubda oynadığımnı dərk edəcək legioner gətirmək lap yerinə düşər.
Demək olar ki Qarabağdan sonra ən çox Azəri oyunçu məhs İnterdə olacaq bunu indidən demək olar.Necə deyərlər İnternasional yoxsa Milli İnter mənə elə gəlir ki Milli İnter
Bu sezon İnter öz əvvəlki qüdrətini geri qaytaracaq buna əminəm uğurlar İnter
Oktay Ağazadə
|