Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilməli olan "Sumqayıt Şəhər" - "İnter" oyunu təxirə salınıb. bununla əlaqədar olaraq "Sumqayıt Şəhər" rəhbərliyi PFL-ə müraciət ünvanlayıb. Müraciətdə Sumqayıt təmsilçisinin 6 üzvünün U-21 Azərbaycan milli komandasının heyətində Avropa çempionatının seçmə mərhələsindəki oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olacaqlarını və klubun 7 üzvünün isə U-17 Azərbaycan milli komandasının heyətində Litvada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəyi nəzərə alınaraq, bu görüşün vaxtının dəyişdirilməsi xahiş olunub.Bütün bunları nəzərə alan PFL-in prezidenti Ramin Musayev
"Sumqayıt Şəhər" - "İnter" oyununun 27 avqust 2011-ci il tarixindən başqa tarixə keçirilməsi haqda əmr verib. stadium.az
|