Premyer Liqanın 9-cu turu çərçivəsində "Neftçi” – "İnter” derbisi keçiriləcək. Oyunun İstmət Qayıbov adına stadionda keçirləcəyini nəzərə alan "İnter” məşqləri Zabratda davam etdirir. Ev oyunlarını süni örtükdə keçirən "bankirlər” ot örtüyünə uyğunlaşmaq üçün belə addım atıblar.
Milinin heyətindən qayıdan Volodimir Levinə istirahət verilib. Zədəsi olan Xəyal Musatafayev və Şəhriyar Rəhimov isə fərdi məşq ediblər.
Premyerliqa.az saytının əməkdaşı ilə söhbət edən "İnter”in baş məşqçisi Kaxaber Tsaxadadze hazırlıq barədə bunları deyib:
"Neftçi” arıq öz oyununu tapıb, heyət də komplektləşib və məşqçi son üç oyunda eyni futbolçulara güvənib. "Flaqman” yüksəlişdədi və ardıcıl qələbələr bunu göstərir. Bizdə də "Xəzər Lənkəran” üzərində qalibiyyətdən sonra əhval-rühiyyə yaxşıdır. İstəyirəm ki, çoxlu azarkeş gəlsin, oyun baxımlı alınsın”.
|