"Şəfa” stadionunda "İnter” və "Simurq” komandaları yoldaşlıq oyununda qarşılaşdılar.Komandamız oyuna aşağıdakı heyətlə çıxmışdı: G.Lomaya,V.Levin,M.Souza,C.Məmmədov,Ş.Rəhimov,D,Odikadze,A.Daşdəmirov,D.Genov,R.Mansurov,J.Jelev və F.Maşadu.
Qarşılaşma "İnter” komandası üçün heç də yaxşı başlamadı.Oyunun 5-ci dəqiqəsində "İnter” qapısında qol gördü.G.Lomaya ilə üz-üzə qalan B.Sxadadze şansını boşa verməyib hesabı açdı (0:1).Buraxılan qoldan sonra "bankir”lər hesabı bərabərləşdirmək üçün irəli atıldılar.Lakin "Simurq” komandasının müdafiəçiləri qapıları qarşısında sıxlıq yaradıb "bankirlər”ə heç bir şans vermirdilər.Rəqib qapısına yaxınlaşmağın mümküsüzlüyünü görən "İnter”li futbolçular bəxtlərini uzaqdan zərbələrdə axtarırdılar.Ard-arda üç dəfə C.Məmmədov,D.Genov və M.Souza "Simurq” komandasına uzaq məsafədən zərbə endirdilər.Lakin hər üç epizodda "Simurq” komandasının qapıçısı əla reaksiya göstərib topu qapı xəttindən keçməsinə imkan vermədi.Birinci hissənin ortalarında Ş.Rəhimov kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı.Bundan bir dəqiqə sonra Ş.Rəhimov meydanın mərkəzində topu itirdi və "zaqatalalı”lar hesab arasındakı fərqi artırdılar(0:2).Buraxılan qoldan sonra M.Souza "Simurq” komandasının bir neçə fitbolçusunu geridə qoyub rəqibin cərimə meydançasına daxil oldu və ona qarşı edilən kobudluğa görə qarşılaşmanın baş hakimi "Simurq” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi.Zərərçəkmiş özü cərimə zərbəsini yerinə yetirib hesab arasındakl fərqi minimuma endirdi(1:2).Buraxılan qoldan sonra "Simurq” komandasının futbolçuları öz qapılarına tərəf sıxıldılar və çox keçməmiş bunun acısını çəkdilər.M.Souzanın sol cinahdan cərimə meydançasına göndərdiyi topa R.Mansurov hamıdan tez çatıb hesabı bərabərləşdirdi(2:2).Zaqatalalı futbolçular müdafiəyə diqqət ayırsalar da hücumu da yaddan çıxarmırdılar.Belə hücumların birində B.Sxadadze meydanın sağ cinahı ilə irəliləyib topu T.Musatfayevə göndərdi və T.Mustafayevin vurduğu trop qapı tirini yalayıb meydanı tərk etdi.Birinci hissənin son dəqiqəsində D.Odikadze irəliləyib topu uzaq dirəyin yanında duran D.Genova ötürdü,o isə öz növbəsində başal gözəl qol vurub komandasını fasiləyə üstün durumda yolldadı(3:2).
İkinci hissəyə "İnter” komandası oyunçu dəyişikliyə başladı.Meydana D.Kramarenko,S.İsmayılov və P.Zlatinov daxil oldular.İkinci hissə də "İnter” komandasının hücumları şəraitində keçdi.P.Zlatinov və M.Souzanın aktivliyi sayəsində "bankir”lər hissəboyu bir neçə qol vəziyyəti yarada bildilər.Lakin N.Hacıyev,S.İsmayılov və F.Maşadu qol vurmaq şansını boşa verdilər və qarşılaşmada "İnter” komandası 3:2 hesabla qələbə qazandı.
|