"İnter" yenicə heyətinə qatdığı Enyio Krastovçevin xidmətindən məhrum olub. AZAL-dan alınan bolqar hucumçu zədələnib. Başa çatmayan "Bakı" matçında yeni klubunun heyətində debüt edən və 77 dəqiqə oynayan Krastovçev bir ay yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze məlumat verib: "Krastovçev zədə aldı və bir ay meydançalardan kənarda qalacaq". Baş məşqçi komandasının yeni transferi Dieqo Souzayla bağlı da danışıb: "Sevindircidi ki, Souzayla müqavilə imzalandı. Lakin indi o, bir qədər hazırlıqsız vəziyyətdədi. Bu oyunçuya üzərində fərdi qaydada çox işləmək lazımdı". Tsxadadze zədəli Samir Zərgərov və Vladimir Levinin durumu ilə bağlı da danışıb: "Samir komandayla məşq etməyə başlayıb. Ancaq o, optimal formadan hələ uzaqdı. Vladimir Levin də fərdi proqramlar üzrə məşqlər edir və yavaş-yavaş bərpa olunur".
|