Главная » 2011 » Yanvar » 20 » İnter Zeniti doğma meydanında belə dəfn etdi.(VİDEO və FOTO)
15:04
İnter Zeniti doğma meydanında belə dəfn etdi.(VİDEO və FOTO)
Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun yarımfinal mərhələsinin oyunlarına start verilib. Azərbaycan təmsilçisi Bakının "İnter" komandası bu mərhələdə Rusiyanın "Zenit" klubu ilə qarşılaşıb. Turnirdə keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vuran Sxadadzenin yetirmələri bu oyunda da rəqibini darmadağın edib. Oyunun taleyini ilk 15 dəqiqədə həll edən "İnter" ümumilikdə 5:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində finala yüksələn komandamızın rəqibinə isə təxminən 3 saatdan sonra aydınlıq gələcək. Əvvəlcə "İnter"in "Birlik kuboku"nda keçdiyi yola nəzər salaq. Yanvarın 15-də turnirin açılış matçında Qırğızıstan "Neftçi" klubu ilə qarşılaşan "bankirlər" rəqibini 3 cavabsız qolla məğlub edib. Daha sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşılaşan Sxadadzenin yetirmələri bu görüşdən də 3:0 hesablı qələbəylə ayrılıb. Qrupun son matçında isə Moldovanın "İskra-Stal" klubuna 1:0 hesabı ilə qalib gələn "İnter" qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.
1/4 final mərhələsində bizim üçün mühüm əhəmiyyət kəsb edən oyunda Ermənistanın "Mika" klubu 4:0 hesabı ilə darmadağın edildi. "İnter"in yarımfialdakı rəqibi olan Rusiyanın "Zenit" klubu isə digərlərindən daha güclü olsa da, təmsilçimiz bu komandanı da məğlub edib. "İnter" artıq finaldakı rəqibini gözləyir.
Butun Xezer Lenkeran fanatları adindan İnterli qardaslarimizi urekden tebrik edirem. Sizler daha da yaxsisina layiqsiniz. O gun olsun ki, qelebe xeberlerinizi Cempionlar Liqasından esidek. Amin! Xezer Lenkeranli Ceyhun.
Xemse fan klubu butun Inter azerkewlerini tebrik edir.Inwallah MDB kubokunu bu defe BAKIYA INTER getirecek biz buna inaniriq.INTER siz ALQWLARA layiqsiniz.