Unibank Premyer Liqasının XXIII turunda Şəfa stadionunda İnter Qarabağı qəbul etdi.Final mərhələsinda turnir cədvəlində qonşu olan bu iki komanda ilk oyunda biri qalib biri isə məğlub duruma düşmüşdü.
Oyuna fəal başlayan Qarabağ oyun boyu diktə edən tərəf oldu.Birinci hissə heç heçə bitsə də.İkinci hissə hücumlarının sayını artıran Qarabağ 58 ci dəqiqədə Rauf Əliyevin qolu sayəsində hesabı açdı.Bundan sonrada hücumlarını davam etdirən Qarabağ Georgi Adamiyanın 74 cü dəqiqədə vurduğu qolla hesabı 2:0 etdi
Bununla da Qarabağ xal hesabını 45 edərək turnir cədvəlində 3 cü yerini möhkəmləndirdi.
Oyundan sonra mətbuat konfransında baş məşqçilər bunları dedilər.
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Fərdi ustalıqda bizim bəzi futbolçuları üstələdilər. "Qarabağ"ın hücum xətti bizdən daha yaxşı oynadı. Məğlubiyyətdən nəticə çıxaracağıq, oyunumuzu yaxşılaşdıracağıq. Mövsüm hələ qabaqdadı".bu sözləri "Qarabağ"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə komandasından razı qalıb: "Altılıq"da ilk oyunumuz idi, qalib gəlmək vacib idi. Hər bir xal üçün mübarizə aparmalıyıq. Komandam yaxşı oynadı, futbolçular meydanın hər yerində sonadək mübarizə apardı. İlk oyunda qələbə qazanmaq yaxşıdı. Çalışacağıq ki, bunu davam etdirək. Oyunun əvvəlində "İnter"ə qarşı oynamaq çətin idi. Lakin öz qol imkanımızı gözlədik və fürsətdən istifadə etdik. "İnter" ötən mövsüm olduğu kimi, bu il də, çempionluğa namizəddi".
|