Bu gün "Birlik Kuboku"nun qrup mərhələsinin son turunun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "İnter" Moldovanın "İskra-Stal" klubu ilə qarşılaşıb. Komandamıza 1/4 finala çıxmaq üçün bir xal da sərf edirdi. "İnter" bir xalla kifayətlənməyib, qrup mərhələsini maksimum nəticə ilə tərk etdi. Moldovalılarla oyunda "İnter" hesabı 48-ci dəqiqədə açsa da, matçın baş hakimi ofsayd qeydə alıb, qolu saymadı. Əvəzində matçın 80-ci dəqiqəsində Rövşən Əmiraslanov müdafiəçilərdən əla sıyrılıb, hesabı açdı. Qeyd edək ki, "İnter" açılış oyununda Qırğızıstanın "Neftçi", ikinci matçda isə Tacikistanın "İstiqlal" klubuna 3:0 hesabı ilə qalib gəlmişdi. Bu gün "İnter"in yer aldığı qrupda daha bir oyun keçirilib. "İstiqlal" "Neftçi"ni 5:0 hesabı ilə yenərək, 1/4 finala adlayıb.
"Birlik Kuboku”nun təşkilatçıları bu gün keçirilən `İnter` (Azərbaycan) - `İskra-Stal` (Moldova) matçının ən yaxşı futbolçularını müəyyənləşdiriblər. Azerisport.az xəbər verir ki, ilk iki oyunda elə də çox forma geyməyən Rövşən Əmiraslanov bu dəfə komandamızın ən yaxşısı olub.
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze Moldova `İskra-Stal`ı ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Birlik Kuboku”nun qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən oyunda minimal hesablı qələbəyə sevinən Azərbaycan çempionunun çalışdırıcısı bunları dilə gətirib:
"Gənc oyunçularımız həyəcanlı idilər. Pis oynamadılar. Qələbə bizə lazım idi. Yenilərdən Genova gəlincə, o kənd komandasından gəlib, özünü yenicə göstərməyə başlayır. İndi bizim üçün başlıcası 1/4 finalda qələbə qazanmaqdı. Rəqibin kimliyindən asılı olmayaraq, bizi çətin oyun gözləyir”.