Unibank Premyer Liqanın XXIX-cu turunda "İnter” Qəbələnin eyniadlı komandasını qəbul edirdi.Bu qarşılaşmaya "İnter” 5-4-1 taktiki düzülüşlə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Onun önündə İlia Kandelaki,Peter Xrappan,Vladimir Levin,Valeri Abramidze və Arif Daşdəmirovdan ibarət müdafiə xətti düzülmüşdü.Meydanın mərkəzini Peter Zlatinov və İbrahima Niasseyə həvalə edən Kaxaber Tsxadadze,yarımmüdafiənin cinahlarında Nizami Hacıyev və Asif Məmmədova güvənmişdi.”Bankirlər”in qol silahı hündürboylu Girts Karlsons idi. Oyuna hər iki komanda fəal başladı və qarşılaşmanın 8-ci dəqiqəsində qonaqlar hesabı açdılar.”Qəbələ”nin hücumu zamanı qarışıqlıqdan istifadə edən Dodo hesabı açdı.Bu epizodda Dodo oyundankənar vəziyyətdə olsada yan xətt hakimi bayrağını qaldırmadı və oyunun baş hakimi qolu qeydə aldı.Buraxılan qol "İnter”li futbolçulara soyuq duş təsiri bağışladı və "bankirlər” sürəti artırıb tam ərazi üstünlüyünə yiyələnirlər.”qəbələ” komandasını qapısına doğru sıxan "İnter” əsasən hücumlarını meydanın cinahlarından qururdu.Cavab qolu üçün imkan axtaran "İnter” istəyinə qarşılaşmanın 25-ci dəqiqəsində çatır və Arif Daşdəmirovun cinah asmasından sonra Nizami Hacıyev effektli zərbə ilə hesabı bərabərləşdirir.Status kvonu bərba edən "bankirlər” rəqibi üzərində təzyiqi artırır və 31-ci dəqiqədə Peter Zlatinovun künc zərbəsindən ötürməsini İbrahima Niasse dəqiq zərbə ilə tora qovuşdurur.İkinci qol vurulandan sonra oyunda temp düşür,birinci hissənin sonuna qədər mübarizə əsasən meydanın mərkəzində gedir və qapılar qarşısında təhlükə yaranmır. İkinci hissəyə "qəbələ” oyunçu dəyişikliyi ilə başlayır.Deon Barton meydandakı yerini Viktor Mendiyə buraxır.İkinci yarı başlayan kimi "Qəbələ” hesabı bərabərləşdirmək üçün irəli atılır.”İnter” isə müdafiəyə diqqəti artırıb oyununu əks hücumlar üzərində qurmağa çalışırdı.İkinci yarının əvvəlində "İnter” əks hücum zamanı üçüncü qolu vurmağa yaxın olsada istəyinə çata bilmir.Qonaqlar Dodo,Mendi və Kamananı uzun ötürmələr ilə təmin etmək istəsələrdə qarşılaşmanın bu dəqiqələrində meydan sahiblərin müdafiə xətti keçilməz qalaya çevirilmişdi.Qarşılaşmanın 64-cü dəqiqəsində əsəblərini cilovlaya bilməyən İlia Kandelaki və Mahir Şükurov sarı vərəqə ilə cəzalanırlar.”İnter”in müdafiə xəttini yara bilməyən qonaqlar cərimə meydançasına edilən asmalar ilə hesabı bərabərləşdirmək istəyində olsalarda "bankirlər”in hündürboylu müdafiəçiləri ikinci mərtəbədə diqqətli oyun nümayiş etdirib rəqibə heç bir şans tanımırdılar.Qarşılaşmanın 81-ci dəqiqəsində Mahir Şükurov simulyasiyaya görə ikinci sarı,qırmızı vərəqə ilə cəzalanıb komandasını azlıqda qoydu.Oyunun qalan vaxtı ərzində "Qəbələ” bir neçə təhlükəli hücum təşkil etsədə "İnter” bu hücumların qarşısını ala bilir və vaacib olan üç xalı qazanmaqla turnir cədvəlində ikinci pilləyə yüksəlir.
Mənbə:İnterfan.az
|