25 avqustunda İnter Fan Klubunun İctimayyətlə əlaqələr üzrə koordinatoru Elçin Həsənov və idarə heyyətinin üzvü Əhməd Manafov Gürcüstanın paytaxtı Tbilisi şəhərində olublar.Tbilisi şəhərinə gətməkdə məqsəd Gürcüstan paytaxtının "Dinamo” komandasının "Gladiators” fanklubu ilə dostluq əlaqələri qurmaq və Avroliqanın pley-off mərhələsinin cavab görüşü "Dinamo” - "AEK” oyununu izləmək idi.
Avqust ayının 25-i saat 12.00 radələrində Tbilisi şəhərinə çatan İnterfanklubunun nümayəndələri saat 15.00 radələrində "Gladiators” fanklubunun ofisində oldular.”Gladiators” fanklubunun rəhbərliyi və idarə heyyət üzvləri olan "İnter” fanatları "Gladiators” fanklubunu rəhbərinə "İnter” komandasının formasını və şərfini hədiyyə etdilər.”Dinamo” komandasının fanatlarının rəhbəri da öz növbəsində eyni jest edib qonaqları şəhər gəzintisinə dəvət etdilər.Tbiisinin tarixi abidələri ilə tanış olandan sonra gürcü həmkarlar İnterfanklubunun nümayəndələrini nahar süfrəsinə dəvət ediblər.Günün sonunda isə "Gladiators” fanklubu və İnterfanklubunu nümayəndələri Boris Çaypadze adına stdionunda keçirilən "Dinamo” – "AEK” oyununa yollanıb Gürcüstan təmsilçisinə dəstək olublar. interfan.az
|