Dünən Unibank Premyer Liqasının V turunda Bakının İnter klubu Ağdamın Qarabağ klubunu qəbul etdi.Oyundan öncə paytaxda yağan güclü yağış oyunun keçirilib keçirilməməsini sual altında saxlayırdı.Lakin oyun baş tutdu. Çoxlu qol epizodları ilə yadda qalan oyunda uzun sürən zədədən sonra Petar Zlatinov start heyyətində daxil edilmiş və bundan əlavə İnterin yeni transferi Filip Derpatovski də oyunun 2ci hissəsində meydana daxil oldu.Prinsipiyallığı ilə seçiən oyunda İnter minimal hesabla qalib gəldi.Oyunda yeganə qolu Aleksandr Çertoqanov vurdu beləliklə ard arda xal itkisindən sonra İnter 3 xalı öz aktivinə yazaraq xal saylarını 10-a qaldırdı. Oyundan öncə güclü yağış azarkeşlərin oyunu izləməsinə ciddi təsir göstərmişdir.Həmişə ki kimi İnter Azarkeş Klubu tam heyyətlə komandaya dəstək oldular.Qarabağ azarkeşlərindən isə "İmarət"fan klubu öz aktivliyi ilə seçilirdi.Oyundan sonra İnter oyuçuları öz qalibiyyət sevincini məhs İnter Azarkeşləri ilə paylaşdı.
Uğurların davamın gözləyirik İNTER
PS Gözdən qaçmayan: Həmən günü Neftçi Muğan oyunuda keçiriləcəkdir lakin güclü yağış oyunu təxirə saldı belə də Neftçi azarkeşləri Şəfa stadionuna gələrək oyunu seyr edirdilər.Oyundan sonra Neftçi azarkeşləri Xəzər Lənkaran komandasına və azarkeşlərinin ünvanına təhqiramiz sözlər deməkdən belə çəkinmədilər. Neftçi azarkeşləri "Neftçi bizim şahımız başımız Xəzərsə Da.....mız "deməkdən belə yan keçmədilər.Hər halda bu heç bir məntiqə uyğun və azarkeş kütləsinə yaraşmayan bir şeydir.
|