«Bankirlər» uğursuz final seriyasına son qoya biləcəkmi? Mayın 24-də Azərbaycanda 2010-2011 futbol mövsümünə yekun vurulacaq. Həmin gün NBC Bank Azərbaycan Kubokunun final oyunu keçiriləcək və mövsümün son qarşılaşmasında "İnter"lə "Xəzər Lənkəran" qarşılaşacaq.final öncəsi komandaların indiyəqədərki kubok mübarizəsinə nəzər yetirir. İlk olaraq "Xəzər Lənkəran"ın kubok tarixini vərəqlədik, indi isə növbə "İnter"indi. Qeyd edək ki, cəmi 7 il öncə yaranan "İnter" üçün bu sayca 4-cü final olacaq. Bank klubu indiyədək 3 dəfə finalda oynasa da, hələ ki, kuboku başı üzərinə qaldıra bilməyib.
2004/05 mövsümünün Azərbaycan Kubokunda mübarizə "İnter" üçün 1/16 finalında başlayıb. Bu mərhələdə "İnter" rəqibi I dəstə təmsilçisi "Gənclik-95" (Sumqayıt) oldu. Bu komanda ilə görüşlərdə "İnter" problemsiz qələbə qazana bildi. Hər ki oyunda - həm evdə, həm də səfərdə 5:0 hesablı qalib gəlməklə "İnter" 1/8 finala yüksəldi. Növbəti mərhələdə "Qarabağ"ın simasında "İnter"i daha ciddi opponent gözləyirdi. Buna baxmayaraq "bankirlər" bu rəqibini də üstəliyə bildi. Ağdamlıların evdə qazandığı 1:0 hesablı qələbəsinə "İnter" daha inamlı nəticə ilə cavab verdi. Cavab görüşündə "İnter" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi. 1/4 final mərhələsində "İnter" "Neftçi" ilə qarşılaşdı. Komandalar arasında keçirilən hər iki oyun eyni hesablı heç-heçə ilə başa çatdıqdan duelin qalibini penalti seriyası müəyyənləşdirməliydi. Burada isə "İnter" daha dəqiq olaraq 3:2 hesabıyla qalib gəldi. Finalın bir addımında "İnter" "Xəzər Lənkəran"la qarşılaşdı. Bank klubu ümumi hesabda (2:1,1:1) qalib qələrək, finala çıxdı. Finalda "İnter" "Bakı" ilə qarşılaşdı. "İnter"dən Laki İdahorın, "Bakı"dan isə Andrey Ladaqanın qırmızı vərəqə aldığı matçda hesabı 5-ci dəqiqədə Leandro Qomeş açdı. 52-ci dəqiqədə "İnter" Vladimir Makovskinin qolu ilə tarazlığı bərpa etsə də, 114-cü dəqiqədə qol vuran Andre Ladaqa "Bakı"nı kuboku qalibi etdi. Həmin vaxt "İnter"ə ukraynalı Anatoli Konkov başçılıq edirdi.
"İnter" üçün 2007-2008 mövsümü də finalla əlamətdar oldu. Həmin mövsüm ölkə çempionu olan bank klubu mövsümü "qızıl dubl"la bitirə bilərdi. Amma... "İnter"in ilk rəqibi artıq tarixin arxivinə qovuşmuş GEN oldu. Hər iki görüşdə "bankirlər" qələbə qazanaraq (3:1, 5:0) 1/8 finala çıxdı. Bu dəfə "İnter"in qarşısına artıq fəaliyyət göstərməyən "Masallı" çıxdı və evdə 3:2, səfərdə isə 2:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adladı. Bu mərhələdə rəqib "Qarabağ" oldu. İlk oyunda tərəflər meydandan qollu sülhlə ayrıldı (2:2) və cavab görüşündə 1:0 hesablı qələbə qazanan "İnter" yarımfinala çıxdı. Bu dəfə "Neftçi" ilə üz-üzə gələn "İnter" iki oyunun nəticəsinə görə (3:2) finala vəsiqə qazandı. Finalda isə "İnter"in qarşısına "Xəzər Lənkəran" çıxdı. 3 il əvvəl baş tutan qarşılaşmanın əlavə vaxtında iki qol vuran Juninyo "İnter"i kuboksuz qoydu.
"İnter"in kubokun finalına üçüncü dəfə 2008-2009 mövsümündə çıxdı. Finala qədər ardıcıl olaraq "Standard" (2:2, 2:1), "Simurq" (2:0, 2:1) və "Qəbələ"ni (5:0, 2:0) mübarizədən kənarlaşdırmışdı. Həlledici oyunda "İnter" "Qarabağ"la üz-üzə gəldi. Finalın taleyini penalti qolu həll etdi. Belə ki, 57-ci dəqiqədə Samir Abbasov cərmə meydançasında Elnur Allahverideyə qarşı köbud oynadı və matçın baş hakimi Vüsal Əliyev tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Vaqif Cavadov "bankirlər"i üçüncü dəfə finalda qızıl medaldan etdi.
"İnter"lə "Xəzər Lənkəran" 2007-2008 mövsümünün finalından başqa kubokda daşa 2 dəfə qarşılaşıb. 2004-2005 mövsümündə yarımfinalda üz-üzə gələn rəqiblərin duelini "İnter" qazanıb. 2006-2007 mövsümünün də yarımfinalında qarşılaşan rəqiblərini duelində lənkəranlılar üstün olub.
Beləliklə, bu "Xəzər Lənkəran"ın kubokda "İnter"lə 4-cü qarşılaşma və 2-ci final olacaq. Rəqiblərin yarımfinal duellərində tərəflər hərəyə bir qələbə qazanıb, finalda isə "Xəzər Lənkəran" qələbəni bayram edib. Bəs bu dəfə kim sevinəcək? "İnter" 4-cü finalında qələbə qazana biləcəkmi?
fanat.az
|