Paytaxt təmsilçisi qarşılaşmanı sayt vasitəsilə canlı yayımlayan ilk klub olub. Bu gün keçirilən "İnter" - "Qarabağ" oyunu www.inter.az saytında birbaşa yayımlanıb və sınaq xarakteri daşıyıb. Bundan sonra da "İnter"in doğma "Şəfa" stadionunda keçirəcəyi ev oyunları sayt vasitəsilə birbaşa göstəriləcək. "İnter TV" layihəsinin fəaliyyəti də genişləndiriləcək. Tamaşaçılara daha keyfiyyətli yayım hədiyyə edilməsi, oyunsonrası müsahibələr və futbol haqqında maraqlı proqramlar təqdim olunması planlaşdırılır.