Türkiyənin İsparta şəhərində məskunlaşan "İnter"
bu gün toplanışın axırıncı məşqini keçirdi.
Hazırlıq planına əsasən komanda son gün ərzində 1 məşq keçirməli idi. Səhər saatlarında
baş tutan məşqdə komandamız əsasən fiziki
hazırlıq üzərində işlədi.
Beləliklə, iyunun 24-dən Türkiyənin İsparta şəhərində məskunlaşan
"İnter" bu gün təlim-məşq
toplanışını başa vurdu.
Qeyd edək ki,18 gün davam edən toplanış çərçəvəsində komandamız
3 yoxlama ğörüşü keçirdi. Bu oyunlarda
"İnter" 1 qələbə qazandı,1 dəfə heç-heçə etdi və 1 dəfə məğlub oldu. 3
görüşdə komandamız 8 qol vuraraq öz qapısında 5 top gördü.
Əlavə edək ki, "İnter" sabah vətənə qayıdır.
|