Xəbər verdiyimiz kimi,"İnter" komandası hal-hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplantısı keçirir.Dünən ilk məşqinə çıxan Kaxaber Tsxadadzenin yetirmələri,bu gün 2 dəfə məşq ediblər.Səhərki məşqin ilk hissəsi trenajor zalında keçib,bundan sonra futbolçular meydana çıxıblar. Axşam məşqində isə oyunçular iki saata yaxın topla çalışıblar. Qeyd edək ki,"İnter" İspartaya 20 futbolçu ilə yollanıb. Bunlar qapıçılar-Georgi Lomaya,Dmitriy Kramarenko,Səlahət Ağayev və Anar Məhərrəmov,müdafiəçilər-İlia Kandelaki,Valeri Abramidze,Xəyal Mustafayev,Ruslan Poladov və Arif Daşdəmirov,yarımmüdafiəçilər-Petar Zlatinov,Daniel Genov,Bronislav Çerveka,Samir Zərgərov,Asif Məmmədov,Asif Mirili,Şəhtiyar Rəhimov və Nizami Hacıyev,hücumçular-Girts Karlsons, Baçana Tsxadadze və Elnur Abdulovdur. Əlavə edək ki,toplantının gedişində komandanın düşərgəsinə Vladimir Levin və hal-hazırda Azərbaycanın U-19 yığma komandasının sıralarında olan Aleksandr Qrossun də qatılacaqları gözlənilir. Bu futbolçular Türkiyəyə iyunun 28-i gələcək.
|