4 komanda Azərbaycan Kubokundan imtina etdi
Premyer Liqa və I divizionun ardınca Azərbaycan Kubokunun da təqvimi məlum olub. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kubokun püşkü atılıb. Peşəkar Futbol Liqası klubları səbətlərə bölüb. İlk üç səbətdə Premyer Liqanın 12 komandası yer alıb. Onlar ötən ilin nəticələrinə əsasən bölünüb. İkinci səbətdə isə I divizionun 10 komandası yerləşib. Aşağı dəstənin 4 komandası yarışdan imtina edib. Belə kİ, "Sumqayıt", "Ədliyyə", "Göyəzən" və "Energetik" yarışlara qatılmayıb. Bu mövsümdən etibarən Azərbaycan Kubokunun 1/16, 1/8 və 1/4 final mərhələləri bir oyundan ibarət olacaq. 1/16 final mərhələsində 6 oyun keçiriləcək. I divizion klubları ilə yanaşı, Premyer Liqanın debütantları - "Gəncə" və MOİK də mübarizəyə ilk mərhələdən başlayacaq. 1/16 və 1/8 final mərhələlərinində üz-üzə gələcək komandalar müəyyənləşdikdən sonra, ev və səfər komandalarını müəyyənləşdirmək üçün də püşkatma keçirilib. Məlumat üçün qeyd edək ki, əzəli rəqiblər - "Neftçi" və "Xəzər Lənkəran" 1/4 finala çıxacaqları halda, üz-üzə gələcəklər. Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 və 1/8 final mərhələlərinin oyunları 2010-cu ildə keçiriləcək. 1/16 finalın oyunları oktyabrın 26-27-də, 1/8 finalın oyunları isə dekabrın 7-8-də baş tutacaq. 1/4 finalın oyunları isə gələn ilin martında keçiriləcək.
1/16 final 26-26 oktyabr, 2010
I cüt: Şahdağ - Gəncə II cüt: Karvan - MKT-Araz III cüt: Neftçi İSM - Bakılı IV cüt: Abşeron - MOİK V cüt: Anşad Petrol - Şuşa VI cüt: Şəmkir - Rəvan
1/8 final 7-8 dekabr, 2010
1. Şahdağ/Gəncə - Neftçi 2. Xəzər Lənkəran - Karvan/MKT-Araz 3. Qəbələ - Neftçi İSM/Bakılı 4. Bakı - Muğan 5. Simurq - Abşeron/MOİK 6. Anşad Petrol/Şuşa - İnter 7. Şəmkir/Rəvan - AZAL 8. Qarabağ - Turan
1/4 final 8/9 mart, 2011
a) 1-2 b) 3-4 c) 5-6 d) 7-8
1/2 27 aprel-4 may, 2011
A - B C - D
Final 28 may
A/B - C/Dfanat.az
|