Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan sayca 19-cu "Birlik Kuboku”na yekun vurulub. turnirin həlledici oyununda Azərbaycan çempionu "İnter” Belarus təmsilçisi "Şaxtyor”la qarşılaşıb. Gərgin və maraqlı mübarizəyə səhnə olan duelin əsas və əlavə vaxtı qolsuz tamamlandığından, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan Azərbaycan çempionu "İnter" öz tarixində birinci dəfə, futbolumuzun tarixində isə üçüncü dəfə "Birlik Kuboku"nu ölkəmizə gətirməyə nail olub.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nda final matçı başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. mərasimə finalçılar "İnter" və "Şaxtyor" dəvət olunub.
Onlar FİFA prezidenti Yozef Blatter, UEFA-nın I vitse-prezidenti Şenes Erzik, AFFA-nın baş katibi Elxan Məmmədov, Rusiya və Belarus futbol federasiyalarının prezidentləri qarşısında durublar. Blatter çıxış edərək, "İnter"i qələbə, "Şaxtyor"u gümüş medal qazanması, hakimləri isə belə çətin oyunun öhdəsindən gələ bilmələri, eləcə də azarkeşləri və təşkilatçıları təbrik edib. Komandaların kapitanlarına FİFA-nın vımpeli təqdim olunub.
"Şaxtyor"a gümüş medallar verilib. Nəhayət, "İnter"ə qızıl medal və Blatter tərəfindən kapitan Vladimir Levinə kubok təqdim edib. Mərasim Azərbaycan himni ilə yekunlaşıb.
Baş M
əşqçi Fikirləri
Son Azərbaycan çempionu "İnter”in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən "Birlik Kuboku”nun final oyunundan sonra fikirlərini açıqlayıb Belarus "Şaxtyor”u üzərində penaltilərlə qələbə qazanaraq, kuboka sahib çıxan "bankirlər”in çalışdırıcısı bunları dilə gətirib:
"Bu, 110 əsəbi dəqiqə idi. Bütün futbolçularımdan razıyam, xüsusilə də Lomayadan. Qapıçımız oyunsonrası penaltilər seriyasında bütün cavabdehliyi üzərinə götürməyi bacardı. İndi bizə ancaq qarşıya baxmaq lazımdı. Azərbaycan çempionatında da uğurlu çıxışımızı davam etdirməliyik”.
"Şaxtyor”un baş məşqçisi Vladimir Juravel isə bunları vurğulayıb: "Çox çətin bir oyun oldu. "İnter” orta sahədə üstünlüyü ələ almaqla, yarımmüdafiə xəttindəki işimizi çətinləşdirirdi. Ancaq bütövlükdə bərabərsəviyyəli bir oyun oldu. Penaltilərə gəlincə, artıq burda kimin daha çox bəxtinin gətirməsi də rol oynayırdı. "Şaxtyor” layiqli mübarizə apardı, komandamdan razı qaldım”.
Ən yaxşı
Birlik Kuboku”nun final matçının ən yaxşı futbolçuları müəyyənləşib. komandamızın heyətində bu dəfə İlia Kandelaki ən yaxşı seçilib. Maraqlıdı ki, oyunsonrası penalti zərbələrində dəqiq oynaya bilməsə də, təşkilat komitəsi komandamızın düşərgəsində məhz onu fərqləndirib. Rəqib komandada – "Şaxtyor”da isə Pavel Sitko ən yaxşı olub.
Maraq üçün xatırladaq ki, bundan əvvəlki oyunlarda Aleksandr Çertoqanov (Neftçi, Qırğızıstan), Vladimir Levin (İstiqlal, Türkmənistan), Rövşən Əmiraslanov (İskra-Stal, Moldova), Girts Karlsons (Mika, Ermənistan) və Valeri Abramidze də (Zenit, Rusiya) komandamızın ən yaxşısı seçilmişdilər.
|