Sloveniya təlim-məşq toplanışı çərçivəsində "İnter" son yoxlama matçını keçirdi. Klubun rəsmi internet saytının məlumatına əsasən komandamız Sloveniyanın güclülər dəstəsində mübarizə aparan "Selye" komandasıyla qarşılaşmalıydı. Ancaq qeyri-müəyyən səbəblərə görə matç baş tutmadı və "İnter" Sloveniyanın ikinci liqasında çıxış edən"Çempion" klubunu sınağa çəkdi. Oyun 3:0 sıfır hesabıyla komandamızın xeyrinə başa çatdı. "İnter"in qollarını Baçana Tsxadadze və Tales Şuts(2) vurdular. Bununla da "İnter" Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarını yekunlaşdırdı. Qarşıdakı günlərdə komandamız plana uyğun olaraq keçirəcəyi məşqlərlə kifayətlənəcək. Mənbə:agligoylu.tk
|