İyul ayının 1-dən 12-dək Türkiyənin Kartəpə qəsəbəsində təlim-məşq toplanışında olan "İnter” üç günlük istirahətdən sonra Sloveniyaya ikinci təlim-məşq toplanışına yollandı.Bu gün səhər saat 8.00-da Bakı – İstanbul – Lyublyana təyyarə reysi ilə Azərbaycanı tərk edən "bankirlər” Sloveniyaya çatdıqdan sonra qalacaqları Roqaşka Slatina adlı əraziyə avtobusla yollancaqlar Sloveniyada olduğu müddətdə Kaxaber Tsxadadzenin drujinası dördulduzlu "Sava Roqaşka” otelində məskunlaşacaq. Təlim-məşq toplanışı çərçivəsində "İnter” dörd yoxlama oyunu keçirəcək.Qarşılaşmalar iyunun 18,21,25-i və 28-də keçiriləcək.
|