Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" sabah növbəti yoxlama görüşünü keçirəcək.
Komandamız hazırkı Sloveniya çempionu "Maribor" klubuyla qarşılaşacaq. Qeyd edək ki, "Maribor" 10 dəfə ölkə çempionatının qalibi olub, bundan əlavə komanda 7 dəfə Sloveniya kubokunun sahibi olub.
Xatırladaq ki, toplanışın ilk yoxlama matçında komandamız "Kapfenberq" klubuna 0-1 hesabıyla məğlub olub.
|