Unibank Premyer Liqasının XX-ci turunda "İnter” və "Simurq” komandaları qarşılaşırdılar.Bu oyundan bir gün öncə "Azal” komandasının "Gəncə”ilə oyunda xal itkisinə yol verdiyindən "bankirlər”in qələbəsi onları turnir cədvəlində üçüncü edib "altılıq” məsələsini həll edirdi. Kaxaber Sxadadze start heyətində aşağıdakı futbolçulara şans vermişdi.Qapını təcrübəli Georgi Lomaya qoruyurdu.Onun önündə Danildo Assioli,Vladimir Levin,İlia Kandelaki və Kaxaber Mjavanadze dördlüyü qərarlaşmışdı.Yarımmüdafiə xəttində Aleksandr Çertoqanov,Rövşən Əmiraslanov,Fillip Despotovski,Bronislav Çervenko və David Odikadze mübarizə aparmalı idilər.Girts Karlsons hücumda oynayıb qol axtarışında idi. Oyun başlayan kimi "İnter” komandası irəli atıldı.İkl dəqiqələrdən ərazi üstünlüyünə yiyələnən "bankirlər” ard-ardı hücumlar qurur,lakin hücumları məntiqi sonluğa çatdıra bilmirdilər.”Simurq” komandası da ara bir hücum təşkil edir və meydana mübarizə aparmaq üçün çıxdıqlarını çempiona anlatdılar.Belə hücumların birində Samir Əliyevin qapıya endirdiyi zərbədən sonra topun qarşısını Georgi Lomaya kəsdi.”İnter” istəyinə qarşılaşmanın 25-ci dəqiqəsində çatdı.Sağ cinahla qurulan hücum zamanı Bronislav Çervenkorəqibin cərimə meydançasına ötürmə edir və müdafiəçilərin diqqətindən yayınan Rövşən Əmiraslanov oyunda hesabı açır (1:0).Buraxılan qoldan sonra zaqatalalılar "bankirlər”in qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradırlar.”Simurq” komandasının hücumlarının birində Samir Əliyevə edilən kobudluğa görə qarşılaşmanın baş hakimi Rövşən Əhmədov "İnter” komandasının qapısına cərimə zərbəsi təyin edir.Zərərçəkmiş özü topa yaxınlaşır və topa gözəl zərbə endirir,lakin qapının doqquzluğuna gedən topu Georgi Lomaya tuta bilir.Birinci hissənin sonunda "Simurq” hesabı bərabərləşdirə bilərdi.Samir Əliyevin ötürməsindən sonra Vasif Əliyev "bankirlər”in qapıçısı ilə üz-üzə qalır və Georgi Lomaya ustalığını nümayiş etdirib komandasını real qoldan xilas edir. Oyunun ikinci hissəsi də "İnter” komandasının diqtəsi ilə başlayır.Hücumlara ara verməyən "İnter” qarşılaşmada ikinci qolu vurub oyunun talehini həll etmək istəyir.İki epizodda Vladimir Levin əlverişli vəziyyətdə olsa da onun zərbəsi alınmır.Ardınca Dmitri Kruqlovun cərimə zərbəsindən yerlə qapıya göndərdiyi topun qarşısını "Simurq” komandasının qapıçısı kəsir.”Bankirlər” ikinci qolu oyunun 68-ci dəqiqəsində vururlar.Künc zərbəsindən qaldırılan topu Danildo Assioli qarşısıalınmaz zərbə ilə qapıya göndərir (2:0).İkinci qoldan sonra oyunda temr aşağı düşür və bundan istifadə edən "Simurq” birneçə təhlükəli hücum qura bilir.Qurulan hücumlar zamanı Samir Musayevin zərbəsi qapıdan yan keçir,ardınca Ramin Nəsibov qapı çatını nişan alır və bu qarşılaşmanın son təhlükəli epizodu olur.Belədə Rövşən Əhmədovun final fiti "İnter” komandasının qələbəsini rəsmiləşdirir və "bankirlər”i üçüncü pilləyə yüksəldir.
|