"İnter” oktyabrın 4-dən məşqlərə başlayıb. Ayın 7-dək gündə bir dəfə məşq keçirilməsi planlaşdırılıb.
Oktyabrın 7-də və 8-də komanda gün ərzində iki dəfə məşq edəcək. Şənbə günü isə Şəfa” stadionunda saat 18.00-da "Simurq”la yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, milli komandalarına çağrılmış futbolçular məşqlərdə və yoldaşlıq oyununda iştirak etməyəcəklər. Futbolçularımız oktyabrın 13-də komandanın ixtiyarında olacaqlar.