Главная » 2011 » Noyabr » 25 » "İnter" şaxtalı havada hazırlıqlarını davam etdirdi
20:07
"İnter" şaxtalı havada hazırlıqlarını davam etdirdi
Noyabrın 20-də baş tutmuş "Qarabağ"la matçdan sonra futbolçulara istirahət verilmişdi. Ayın 22-dəsə baş məşqçimiz Kaxaber Tsxadadze komandasına bərpa məşqini keçmişdi.
Dünəndən etibarən AZAL-la oyunun hazırlıqlarına başlayan "İnter" bu gün bir araya gələrək axşam məşqinə çıxdı. Şaxtalı havaya baxmayaraq komanda hazırlıqlarını davam etdirdi. Qeyd edək ki, Unibank Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "İnter"-AZAL oyunu noyabrın 26-da saat 18.00-da "Şəfa" stadionunda baş tutacaq.