Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsinin oyunlarına start verilib. Azərbaycan təmsilçisi Bakının "İnter" komandası bu mərhələdə Ermənistanın "Mika" klubu ilə qarşılaşıb. Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran "İnter" klubu bu prinspial görüşün də əsas favoriti hesab edilirdi. Əvvəlcə "İnter"in "Birlik kuboku"nda keçdiyi yola nəzər salaq. Yanvarın 15-də turnirin açılış matçında Qırğızıstan "Neftçi" klubu ilə qarşılaşan "bankirlər" rəqibini 3 cavabsız qolla məğlub edib. Daha sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşıalşan Sxadadzenin yetirmələri bu görüşdən də 3:0 hesablı qələbəylə ayrılıb. Qrupun son matçında isə Moldovanın "İskra-Stal" klubuna 1:0 hesabı ilə qalib gələn "İnter" qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdəki rəqib isə bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, indiyə kimi "Birlik kuboku"nda ermənilərlə 2 dəfə qarşılaşmışıq. 2006-cı ildə keçirilən matçda "Neftçi" ermənilərin "Pünik" klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Bir il sonra isə ermənilər bizimlə görüşdən imtina eədərk Moskvadan qaçmışdılar. Digər təmsilçimiz "İnter" də bu işin öhdəsindən layiqincə gəlib. Son ölkə çempionu "İnter" "Mika"nı 4:0 hesabı ilə məğlub edərək, ermənilərə futbol dərsi keçib.
Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsində son ölkə çempionu "İnter" Ermənistanın "Mika" klubuna 4:0 hesabı ilə qalib gəlib. matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı maraqlı fikirlər səsləndirib: "Biz bu oyunda qələbə qazanmağa borclu idik. Ona görə də oyuna xüsusi hazırlaşmışdıq. Oyunun əvvəlində tez-tez səhvlərə yol verirdik. Lakin İlk qol oyunun taleyini həll etdi. Bundan sonra komanda özünə gəldi və qolları sıralamağa başladı. Şadam ki, biz artıq 4 oyun dalbadal top buraxmırıq. İndi isə yarımfinal haqqında düşünürük".
|