"İnter" "Xəzər Lənkəran"la oyunda bilet satmaq qərarına gəlib.Sabah Premyer Liqanın VIII turu çərçivəsində baş tutacaq oyunu izləmək istəyənlər bilet almalı olacaq. Bank klubu artıq rəsmi saytı ilə biletlərin qiymətini açıqlayıb. Sektordan aslı olmayaraq, biletlər bir manata satılacaq.