Premyer Liqanın IV-cü turunda "İnter" Tovuza səfər etmişdi.Yerli "Turan" komandasının qonağı olan "bankirlər" meydana 4-5-1 taktiki düzülüşlə çıxmışdı.Kaxaber Tsxadadze start heyətində aşağıdakı futbolçulara güvənmişdi:. Georgi Lomaya, Slavço Georgiyevski, Georgi Adamiya, Asif Məmmədov, Vladimir Levin (k), Brüs Abdulay, Arif Daşdəmirov, Tales Şütz, İbrahima Niasse, Abdulla Abatsiyev, Ruslan Əmircanov. Oyun "İnter"in hücumları ilə başlasada "Turan" inamlı müdafiə olunub qapısı qarşısında "bankirlər"ə təhlükə yaratmağa imkan vermirdi.Lakin qarşılaşmanın 36-cı dəqiqəsində cərimə meydançasında əllə oyuna görə oyunun baş hakimi meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edir.Nöqtəyə yaxınlaşan Georgi Adamiya bu şansdan yararlana bilmir.Birinci hissənin qalan dəqiqələri ərzində hesab açılmır və komandalar fasiləyə qolsuz bərabərliklə yollanırlar.
İkinci hissəyə də "İnter" aktiv başlayır və bunun nəticəsində oyunun 52-ci dəqiqəsində Georgi Adamiya fərdi ustalığını işə salıb hesabı açır.Buraxılan qoldan sonra "Turan" aktivləşir.Hücumameyilli futbol nümayiş etdirən Tovuzlular 74-cü dəqiqədə Salif Ballo ilə bərabərlik qolunu vura bilirlər.Bundan 8 dəqiqə sonra oyunun 82-ci dəqiqəsində Azər Məmmədoz meydan sahiblərini hesabda önə keçirir.Lakin "İnter" Tovuza üç xal dalınca gəldiyi üçün sona qədər mübarizə aparır.Qarşılaşmanın 87-ci dəqiqəsində Vladimir Levin hesasbda tarazlıq gətirir.Qarşılaşmanın əlavə olunmuş son dəqiqəsində 90+3 Slavço Georgiyevski "bankirlər"in qələbə qolunu vurur və "İnter" Tovuzda əzmkar qələbə qazanır. Mənbə:interfan.az
|