"İnter” "Qəbələ”nin qonağı olub. Son dövrlər ev oyunlarında iddialı klublara qənim kəsilən "Qəbələ” "İnter”i də əliboş yola salıb. Hesabı 61-ci dəqiqədə Yannik Kamanan açıb. 13 dəqiqə sonra Nizami Hacıyev tarazlığı bərpa etsə də, 83-cü dəqiqədə Deon Barton "Qəbələ”nin qələbə qoluna imza atıb. 89-cu dəqiqədə isə qırmızı vərəqə alan Xəyal Mustafayev "Qəbələ”ni azlıqda qoyub.