Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına yekun vurulub.Son turların qəhrəmanları - "Rəvan"la "İnter" üz-üzə gəldi. Məlum olduğu kimi, "Rəvan” yeni baş məşqçisi Vladislav Qədirovun gəlişindən bəri məğlubiyyət tanımırdı. Paytaxt təmsilçisi keçirdiyi son 4 görüşdən yalnız birində (Qarabağ) heç-heçə etdiyi halda, digərlərini qələbə ilə başa vurmuşdu. Bu dəfə isə, sözügedən komanda məğlubiyyətlə üzləşib. Premyer Liqa 11-ci tur 30 oktyabr (bazar) Rəvan - İnter - 1:2 (0:2) Qollar: E.Abdulov, 13 (0:1), İ.Kandelaki, 44 (0:2), E.Hodziç, 90+1 (1:2) Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov. Bakı. "Dalğa Arena" stadionu.
|