Unibank Premyer Liqanın XXVIII-ci turunda "İnter” səfərdə "Neftçi” komandası ilə qarşılaşırdı.Bu oyuna "İnter” 5-4-1 taktiki düzülüş ilə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Onun önündə Arif Daşdəmirov,Petar Xrappan,Vladimir Levin,Danildo Assioli və İlia Kandelakidən ibarət müdafiə xətti düzülmüşdü.Yarımmüdafiəni Asif Məmmədov,Petar Zlatinov,İbrahima Niasse və Nizami Hacıyevə həvalə edən Kaxaber Tsxadadze hücumda Baçana Tsxadadazseyə güvənmişdi. Qarşılaşmanın start fiti verilən kimi "Neftçi” irəli atılır və 5-ci dəqiqədə Vladimir Levinin kobud səhvindən sonra Georgi Lomaya ilə üz-üzə qalan Bahodır Nasimov oyunda hesabı açır.Erkən buraxılan qoldan şoka düşən "bankirlər” 12-ci dəqiqədə qapılarında daha bir qol görürlər.Bu dəfə Arif Daşdəmirovun səhvindən yararlanan Alessandro topu Slavço Georgiyevskinin önünə atır və sonuncu hesab arasındakı fərqi artırır.Buraxılan ikinci qoldan sonra "İnter” təşəbbüsü ələ alıb meydan sahiblərinin qapısı qarşısına həmlələr etməyə başlayır.Qurulan hücumlarda Baçana Tsxadadzenin zərbəsini Rauf Mehdiyev dəf etsədə Nizami hacıyev və İbrahima Niassenin zərbələrindən sonra top az fərqlə qapının yanından keçir.Qarşılaşmanın 45-ci dəqiqəsində "İnter” istəyinə çatır və İlia Kandelakinin qapı qarşısına samasından sonra Ruslan Abışev topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən avtoqola imza atır. İkinci hissə başlayan kimi "İnter” ərazi üstünlüyünə yiyələnir.Meydanın mərkəzini ələ keçirən qonaqlar sağ və sol cinahlardan hücumlar təşkil edir və "Neftçi”nin qapısı qarşısında gərginlik yaradırdı.Lakin buna baxmayaraq ikinci hissə ərzində "İnter” daha çox hücum edən tərəf olsada bərabərlik qolunu vura bilmir və "altılıq” oyunlarında dördüncü məğlubiyyətə uğrayır.
Mənbə:İnterfan.az
|