Türkiyənin İsparta şəhərində hazırlığını
davam etdirən "İnter" dünən növbəti məşqini keçirib. "bankirlər" iyulun 6-sı "Mersin İdman Yurdu" klubu ilə
yoxlama görüşünə çıxıb və məhz bu səbəbdən klubun baş məşqçisi Kaxaber
Sxadadze iyulun 7-nə cəmi bir məşqin keçirilməsini planlaşdırıb.
Türkiyə vaxtı ilə saat 18.00-da start götürən məşq 90 dəqiqə davam
edib. Komanda məşqə isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra
futbolçular iki qrupa bölünərək topa sahib olmaq üzərində çalışıblar.
Məşqin axırında isə oyunçular cinahdan ötürmələr və qapıya zərbələr
üzərində işləyiblər.
Qeyd edək ki, bu gün "İnter" daha iki dəfə məşq edəcək. Sabah isə
komanda Türkiyədəki toplanış çərçivəsində axırıncı yoxlama oyununa
çıxacaq. "İnter"in növbəti rəqibi isə Rusiyanın "Terek" kollektivi
olacaq.
Mənbə:qol.az