Главная » 2011 » Avuqst » 21 » “İnter” rəhbərliyi qalmaqallı oyunla bağlı qərar verməyə toplaşır
17:33
“İnter” rəhbərliyi qalmaqallı oyunla bağlı qərar verməyə toplaşır
"İnter” rəhbərliyi dünən "paytaxt derbisi”ndə yaşanan qalmaqalla bağlı qərar verməyə hazırlaşır. Bu barədə "İnter" klubunun direktor müavini Sabuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, dünən baş tutan və yarımçıq dayandırılan görüşdə baş verən hadisələrlə bağlı yekun qərar məhz bu iclasdan sonra veriləcək. Toplantıda həmçinin şikayət məsələsi, eyni zamanda, "İnter”in çempionatda iştirakdan imtina etmək qərarı da müzakirə olunacaq.