Bu gün "Şəfa” stadionunun ehtiyat meydançasında maraqlı
yoldaşlıq oyunu keçirildi.
"İnter” və Qazaxıstanın "Aktau” Futbol Klubunun 10
yaşlı futbolçulardan ibarət komandaları üz-üzə gəldilər. Qarşılaşma
komandamızın üstünlüyü şəraitində keçdi və "İnter" fasiləyə 5:0 hesabıyla yollandı.
İkinci hissədə də komandamız meydanda hakimlik etdi ki, bu da hesabın artmasına gətirib
çıxardı. Nəticədə yoldaşlıq qarşılaşması 10:1 böyük hesablı qələbəylə Rövşən
Babayevin yetirmələrinin xeyrinə başa çatdı.
|