Mövsümlərarası fasilədə "Simurq"un "İnter"dən heyətinə qatdığı Daniel Genov ilk turda AZAL-la oyunda iştirak etdi.Bundan sonra isə zədələnərək sıradan çıxan bolqarıstanlı futbolçu komandadan uzaq düşüb.Müalicəsi üçün vətəni Boqlarıstana göndərilən Genov bir neçə gün orada qaldıqdan sonra yenidən Azərbaycana dönüb. futbolçu ancaq hələ ki, komanda ilə məşq edə bilmir. Zaqatalada olan Genov müalicəsini davam etdirir. Ayağı gibsdə olan gənc futbolçu qarşıdaki turu böyük ehtimalla buraxacaq.
Həftəsonu "İnter"ın qonağı olacaq Zaqatala təmsilıçisi Genovun xidmətindən istifadə edə bilməyəcək.
Qarşıdakı günlərdə ayağa qalxacaq yarımmüdafiəçi ən tez "İnter"lə oyundan sonra məşqlərə başlaya biləcək. Futbolçunun özü hazırkı durumu ilə bağlı saytımıza qısaca bunları dedi: "Ağrılarım çox idi. Ona görə də, elə Bolqarıstana gedib müalicəmi evdə davam etdirdim. İndi az da olsa, ağrılar keçib. Ayağımdakı gibsi gələn həftə açacaqlar. Ondan sonra da məşqlərə başlayacam. "İnter"ə qarşı oynamağı çox istəyərdim. Ancaq heyf ki, zədəli oldum" premyerliqa.az
|