Unibank Premyer Liqanın 27-ci turunun qarşıdan gələn "İnter”-"Qarabağ” matçı hər iki komanda üçün sayca 26-cı qarşılaşma olacaq. "İnter”-"Qarabağ” 25,+10,=6-9, toplar 20-19 Bunadək komandalar bir-birilə 25 dəfə qarşılaşıb, 20 qarşılaşma çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür. "İnter” rəqibini 10 dəfə məğlub edə bilib, "Qarabağ” isə 9 qələbəylə fərqlənib, qalan 6 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. "İnter” və "Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub. Xatırlardaq ki, bu mövsümdə komandalar iki dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb. "İnter”-"Qarabağ” matçında populyar hesab 1:0-dır. Belə hesab 25 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub. Azərbaycan çempionatında ev oyunlarında "Qarabağ”a qarşı "İnter” üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada komandamız 6 dəfə ağdamlıları məğlub etməyi bacarıb. 2 oyun heç-heçə başa çatıb və 2 dəfə "Qarabağ” qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi "İnter”in xeyrinə 9-5-dir. Qeyd edək ki, "İnter”-"Qarabağ” matçı aprelin 7-də keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.
|