Ötən bazar günü "Turan”la keçirdiyi oyundan sonra "İnter”
bu gün bərpa məşqinə çıxdı.
Baş məşqçi Kaxaber Tsxadadze dünən yetirmələrinə
istirahət vermişdi, bu gün isə komanda "Qarabağ”la oyunun hazırlıqlarına
başladı. Səhər "İnter” "Şəfa” stadionunda məşq etdi, axşam məşqinisə Suraxanı qəsəbə
stadionunda keçirəcək.
Qeyd edək ki, əsas komandayla məşq prosesinə əvəzedici
heyətdən 3 futbolçu cəlb edilib. Əlavə edək ki, zədəli Samir Zərgərov da fərdi proqram
üzrə məşqlərə başlayıb.
|