"İnter” və "Qəbələ” komandaları indiyədək 17 dəfə qarşılaşıblar. Beləliklə, Unibank Premyer Liqanın 29-cu turunun qarşılaşması komandalar uçün sayca 18-ci oyun olacaq. 17 oyundan 15-i çempionat çərçivəsində keçirilib, 2 oyun isə ölkə kubokunda baş tutub. Bu 17 görüşün 8-də "İnter” qalib qəlməyi bacarıb, 6 qarşılaşma heç-heçəylə başa çatdı, 3 oyundasa "Qələbə” daha üstün olub. Topların fərqi komandamızın xeyrinədir 26-12.
Birinci dəfə komandalar 2006-cı il avqustun 5-də qarşılaşıblar. O zaman "Qəbələ” "Gilan” adıyla çıxış edirdi. Qeyd edək ki, ilk görüş qolsuz heç-heçəylə başa çatıb. İkinci matçda isə komandamız rəqibini 2:0 hesabıyla məğlub etməyi bacarıb. Beləliklə, "İnter”-"Qəbələ” qarşıdurmasının tarixçəsində ilk qolun müəllifi komandamızın hücümçusu Daniel Axtyamov olub. Çempionat çərçivəsində "Qəbələ” klubuna qarşı keçirilən oyunlarda"İnter” aşkar üstünlüyə malikdir. Belə ki, baş tutan 7 ev oyununda komandamız rəqibini 4 dəfə məğlubiyyətə uğradıb, qalan 3 matç isə heç-heçəylə yekunlaşıb. Topların fərqi komandamızın xeyrinədir-12:5. Cari mövsümdə bu komandalar bir-birilə 3 dəfə qarşılaşıblar. İki görüşdə qalib müəyyənləşməyib-1:1, 0:0, bir oyunda isə "Qəbələ” meydandan qalib ayrılıb-2:1. Xatırladaq ki, "İnter”-"Qəbələ” qarşılaşması aprelin 22-də saat 18.30-da başlayacaq.
|