Mövsümə hazırlığını Sloveniyada keçirən "İnter”
növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Kaxaber Sxadadzenin yetirmələri İngiltərə Premyer
Liqasına bu il vəsiqə qazanmış "Suonsi” ilə qarşılaşıb.
Oyunda hesab 47-ci dəqiqədə açılıb. Sinkleyr dəqiq zərbə ilə Uels
təmsilçisinin hesabda önə çıxarıb. Az sonra Dayer fərqi 2 topa çatdırıb.
75-ci dəqiqədə Şəhriyar Rəhimov tarazlığı bərpa etsə də, 2 dəqiqə sonra
Mur "Suonsi”nin üçüncü qoluna imza atıb – 3:1
Qeyd edək ki, Uelsin eyniadlı şəhərinin təmsilçisi 1912-ci ildə
yaradılıb. 99 yaşlı "Suonsi” əvvəllər İngiltərə Futbol Liqası adlanan
təşkilata 1920-ci ildə qoşulub. 1926 və 1964-cü illərdə İngiltərə
kubokunun yarımfinalçısı olub. 10 dəfə Uels kubokunun qalibi adını
qazanıb. Ötən mövsüm 28 ildən sonra Premyer Liqaya vəsiqə əldə etməyi
bacarıb.