Məlum olduğu kimi, martın 28-də Azərbaycan Kuboku uğrunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Martın 28-də Lənkəran şəhər stadionunda "İnter” yerli komandanın qonağı olacaq. "Qafqaz” hotelində məskunlaşan komandamız qısa istirahətdən sonra oyunöncəsi axşam məşqinə çıxdı. İsinmə hərəkətlərindən sonra ikitərəfli oyun keçirən "İnter” məşq prosesini qapıya zərbələr endirməklə yekunlaşdırdı. Xatırladaq ki, kubok oyunları çərçivəsində keçirilən ilk qarşılaşma 3:2 hesabıyla komandamızın xeyrinə başa çatmışdı. Mənbə:İnter.az
|