"İnter” PİK və İtaliyanın məşhur ACMilan klubu arasında əməkdaşlıq davam edir.
Hər iki klub arasında imzalanmış müqaviləyə əsasən 2008 və 2009-cu illərdə Azərbaycanda keçirilmiş "Milan Junior Camp” layihəsi çərçivəsində seçilmiş yeniyetmə futbolçular ACMilan klubuna məxsus Vismara İdman Mərkəzində olublar. Oktyabr ayının 15-dən 17-dək davam edən və təlim-məşq prosesi və turnirdən ibarət olan "Milan Junior Camp” düşərgəsinə qatılan Nəhavəndi Mansur, Məmmədov Təyyar, Mustafayev Feyruz və Bayramlı Fuad dünyanın 35 ölkəsindən gəlmiş həmyaşıdlarıyla birlikdə meydana çıxaraq, məharətlərini nümayiş etdiriblər. Keçirilən üç qarşılaşmada Məmmədov Təyyar və Mustafayev Feyruz hərəyə bir qol vurmağı bacarıblar. Düşərgənin başa çatmasından sonra layihə iştirakçıları məşhur San-Siro stadionuna gələrək, "Milan-Kyevo" qarşılaşmasını canlı izləmək imkanı qazanıblar. Fasilədə layihə iştirakçıları alqış sədaları altında meydana çıxaraq, azarkeşləri salamlayıblar. Təqdimat zamanı diktor Azərbaycandan da yeniyetmə futbolçuların "Milan Junior Camp” düşərgəsinə qatıldığını elan edib.
mənbə inter.az
|