"İnter"in oyunçuları qələbə qazandı
"İnter"in futbolçulsu Avropa çempionatının seçmə mərhələsində qələbə qazanıb.Girts Karlosonsun forma geyindiyi Latviya yığması səfərdə Maltanı 2:0 hesabı ilə yenib. Oynuda hesabı 42-ci dəqiqədə kapitan Qorks Kaspars açıb. 85-ci dəqiqədə Maris Verpakovskis matçın yekun nəticəsini müəyyənləşdirib. Karlsons isə Artyom Rudnevsin yerinə oyuna daxil olub.
Kruqlov yoxlama oyununda 24 dəqiqə oynadı
Estoniya Özbəkistanla "sülh" bağladı."İnter"in oyunçusu Dmitri Kruqlov yoxlama oyununda iştirak edib. Estoniya yığmasına dəvət alan futbolçu Özbəkistan yığması ilə oyunda meydana çıxıb. Estoniya millisinin baş məşqçisi Kruqlova start heyətində yer verməsə də, matçın gedişində meydana buraxıb. "İnter"in oyunçusu 66-cı dəqiqədə Ats Purjeni əvəzləyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
"İnter"in oyunçusu Robertas Poşkus Litva yığmasının Çexiya üzərində qələbəsində pay sahibi olub. forvard şərəfini qorudutu yığmanın heyətində çexlərə qarşı oynamaq şansı qazanıb. Litva yığmasının baş məşqçisi Poşkusu 65-ci dəqiqədə kapitan Darvidas Sernasın yerinə meydana buraxıb. "İnter"in oyunçusu qarşılaşmanın 74-cü dəqiqəsində qola yaxın olsa da, fərqlənə bilməyib. Litva yığmasına dəvət alan "Neftçi"nin qapıçısı Paulius Qribauskas ötən oyundan fərqli olaraq, "18-liy"ə düşsə də, meydana çıxmayıb. Baş məşqçi qapını Zidrünas Karçemarskasa tapşırıb. Qeyd edək ki, Çexiya - Litva oyunu qonaqların qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Darvidas Sernas imza atıb.
"İnter"in oyunçusu düşmənlərimizə qalib gələ bilmədi
İnter"in futbolçuları Ermənistan yığmasına qarşı oynayıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Makedoniya - Ermənistan qarşılaşmasında meydan sahiblərinin heyətində Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçu meydana çıxıb. "İnter"in yeni transferi Filip Despotovski isə 67-ci dəqiqədə meydana daxil olub. O, "Neftçi"dəki həmkarı Slavko Georgievskini əvəzləyib. Mitreski 90 dəqiqə ermənilərə qarşı mübarizə aparıb.
|