"İnter" liderin ən yaxın izləyicisi olsa da, Kaxaber Sxadadzenin yaxşı hücumçuya və hücumameyilli yarımmüdafiəçiyə ehtiyac duyduğu göz önündədi. "İnter" cari çempionatda qapısında ən az qol görən komanda olmasına rəğmən, ön xətdə "dişsizdi". Təsəvvür edin, "bankirlər" yalnız autsayderlər - "Sumqayıt" və "Turan"dan çox qol vurub.
"İnter"in heyəti kasad olduğundan Sxadadze hələlik heç bir futbolçunu göndərməyi lazım bilməyib. Əvəzində "Bakı"dan ayrılan Əziz Quliyev komandaya cəlb olunub, İbrahima Niasse ilə isə müqavilənin müddəti uzadılıb.
|