Unibank Premyer Liqanın XXVII-ci turunda "İnter” Ağdamın "Qarabağ” komandasını qəbul edirdi.”Şəfa” stadionunun meydançasına "İnter” 5-4-1 tatiki düzülüşlə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Onun önündə İlia Kandelaki,Petar Xrappan,Vladimir Levin,Danildo Assioli və Arif Daşdəmirovdan ibarət müdafiə xətti düzülmüşdü.Yarımmüdafiənin mərkəzini Petar Zlatinov və İbrahima Niasseyə həvalə edən Kaxaber Tsxadadze cinahlarda Nizami Hacıyev və Asif Məmmədova güvənmişdi.Hücumda Girts Karlsons "köhlən atlar”ın qapısına yol tapmalı idi. Qarşılaşmanın starrt fiti verilən kimi "İnter” irəli atılsada ilk hücum qonaqlardan gəldi,lakin "bankirlər”in müdafiə xətti Georgi Adamiyanın qarşısını kəsə bildi.Buna cavab olaraq meydan sahibləri hücum təşkil edir və nizami Hacıyevin zərbəsinin qarşısını müdafiəçilər kəsir.Oyunun ilk dəqiqələrindən hər iki komanda sürətli oyuna üstünlük verib baxımlı futbol sərgiləyirdilər.Qarşılaşmanın 10-cu dəqiqəsində "Qarabağ” hesabı aça bilərdi,lakin Maksim Medvedevin künc zərbəsindən sonra qapı tiri Georgi Adamiyanın sevinməsinə imkan vermədi.Bunun ardınca Georgi Adamiya yenədə diqqət mərkəzinə düşsədə onun zərbəsinin qarşısını "İnter”li adaşı Georgi Lomaya alır.Bu epizodun ardınca "İnter” iki təhlükəli hücum qurur,amma Nizami Hacıyevin zərbəsi İlqar Qurbanova tuş gəlib meydanı tərk etsədə,İbrahima Niassenin zərbəsindən sonra top az fərqlə qapı dirəyinin yanından keçir.Birinci hissənin ortalarında "İnter” qola yaxın olur.Petar Zlatinovun künc zərbəsindən asmasından sonra Danildo Assioli qapıya zərbə endirsədə Boyan Pavloviç komandasını qoldan xilas edir.Bundan 5 dəqiqə sonra "Qarabağ” hesabı aça bilərdi.İlia Kandelakinin səhvindən sonra top İlqar Qurbanovun önünə düşsədə sonuncu yaxın məsdafədən çərçivəyə düşə bilmir.İlk yarının son dəqiqələrində Nizami Hacıyevə qarşı edilən kobudluğa görə "İnter” təhlükəli nöqtədən cərimə zərbəsi qazanır.Petar Zlatinov cərimə zərbəsaini gözəl zərbə ilə yerinə yetirsədə top qapı tirinə tuş gəlir və komandalar fasiləyə hesabı açmadan yollanırlar. İkinci hissəyə "İnter” fəal başlayır.Topa daha çox nəzarət edən "bankirlər”hücum təşkil edir və nizami Hacıyevin zərbəsi çərçivədən yan keçir.Meydanda amansız mübarizə aparan komandalar hesabı açmaq üçün həmlələr etdələrdə istəyinə çata bilçirlər.Bunu görən hər iki komandanın baş məşqçiləri oyunçu dəyişikliyinə əl atırlar.İlk öncə "İnter” dəyişikliyə atır və Petar Zlatinovun əvəzinə Bronislav Çervenko,Nizami Hacıyevin əvəzinə isə Samir Zərgərov meydana daxil olur.Bu əvəzetmələr meydan sahiblərinin oyununa canlanma gətirir və "İnter” rəqibini qapısına doğru sıxmağa bacarır.Bunu görən Qurban Qurbanov ikili əvəzetmə edir və İlqar Qurbanovla Georgi Adamiyanı meydandan alan baş məşqçi Əfran İsmayılovla Rauf Əliyevi döyüşə atır.Qarşılaşmanın 70-ci dəqiqəsində "İnter” daha bir qol epizodunu boşa verir.Admir Telli ilə mübarizədən qalib ayrılan Samir Zərgərov qapıçı ilə üz-üzə qalsada zərbəsi qapı tirinə tuş gəlir.Qarşılaşmanın 75-ci dəqiqəsində "Qarabağ” hesabı açır.Vaqif Cavadovun künc zərbəsindən "İnter”in cərimə meydançasında yaranan qarşılıqdan istifadə edən Maksim Medvedev topu tora qovuşdurur.Buraxılan qoldan sonra Kaxaber Tsxadadze daha bir oyunçu dəyişikliyi edir və Petar Xrappan meydandakı yerini Baçana Tsxadadzeyə buraxır.Oyunda sürəti artıran "bankirlər” rəqibi qapısı qarşısına sıxıb bərabərlik qolunu vurmağa çalışırdılar.Bundan istafadə edən "köhlən atlar” əks hücumda iki dəfə fərqi artıra bilərdilər.Lakin Georgi Lomaya etibarlı oyun nümayiş etdirib Əfran İsmayılov və Rauf Əliyevin fərqlənməsinə imkan vermir.”İnter”in təzyiqi 90-cı dəqiqəsində öz bəhrəsini verir.Meydanın mərkəzindən "Qarabağ”ın cərimə meydançasına edilən asmadan sonra Girts Karlsons başla topu Baçana Txsadadzenin önünə atır və sonuncu bir toxunuşla komandasının bərabərlik qolunu vurur.Oyua əlavə edilən 3 dəqiqə ərzində "İnter” daha iki hücum qursada hesabı dəyişə bilmir və komandalar meydandan bir xalla ayrılırlar.
Mənbə:İnterfan.az
|