Antalyada təlim-məşq toplanışında olan "İnter” bu gün ilk yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Türkiyə Supeliqasında mübarizə aparan "Manisaspor”la oyunda qapılara 2 top vurulub.
2011-ci ildə ilk qarşılaşmasını keçirən "bankirlər” ilk hissədə məğlub duruma düşüblər. Amma matçın sonlarında Elnur Abdulovun qolu ilə Azərbaycan çempionu tarazlığı bərpa edib.
Qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələri yanvarın 9-da Türkiyənin Bank Asiya liqa təmsilçisi "Altay”, 11-də isə Albaniyanın yüksək liqa təmsilçisi "Skenderbeu” ilə qüvvəsini sınayacaq. "İnter” yanvarın 13-də hazırlığını bitirərək, "Birlik kuboku”na Türkiyədən yollanacaq.
|