Главная » 2011 » Avuqst » 12 » “İnter”lə qayıtdı, “İnter”lə davam edir
15:14 “İnter”lə qayıtdı, “İnter”lə davam edir |
"Qarabağ”ın Azərbaycan Premyer Liqasının cari mövsümünün debüt matçında qəbul edəcəyi "İnter”lə oyun xüsusi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, XX milli çempionata II turdan başlayacaq komandanın təmsil etdiyi Ağdama 16 ildən sonra qayıdışı məhz bu rəqiblə görüşdə baş vermişdi.
Söhbət 2009-cu ilin mayın 3-də Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçirilən ilk oyundan gedir. "Qarabağ” bunadək Ağdamda sonuncu oyununu 1993-cü ildə II milli çempionatda keçirmiş, həmin ilin iyulun 23-də doğma rayonunun işğalından sonra ondan ayrı düşmüşdü.
Həmin mövsüm (2008/09) çempionluq uğrunda mübarizə aparan "İnter” "Qarabağ”la səfər oyununa lider kimi çıxmışdı. Ancaq 1:1 hesabı ilə nəticələnən görüşdə itirilən 2 xal "bankirlər”ə çempionluq bahasına başa gəldi.
2-ci yerə düşən komanda həmşəhərliləri "Bakı”nı turnir cədvəlində yenidən özündən irəli buraxdı və sonda rəqibin çempionluğu ilə barışdı.
Yeri gəlmişkən, "Qarabağ”la "İnter” həmin mövsüm ölkə kubokunun finalında da görüşdülər. Ancaq bakılılar üçün bu oyun da uğursuz oldu və Tofiq Bəhramov adına Respublika 0:1 hesabı ilə uduzaraq, bu tituldan da məhrum oldu.
"Qarabağ”la "İnter”in Ağdamdakı oyunlarının statistikasına nəzər salsaq, maraqlı məqam çıxır. Belə ki, komandalar arasında Quzanlıda sonrakı 2 oyun da 1:1 hesabı ilə nəticələnib. Bu, 2009/10 mövsümündə olub və həmin vaxt "Qarabağ” rəqiblərini təmsil etdiyi məkanda qəbul edirdi. Son mövsümdə isə komanda əvvəl ev oyunlarını Tofiq Bəhramov, sonra Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirdi.
Həmin vaxt Ağdamda yeganə görüş "Neftçi” ilə oldu və bu, "Qarabağ”ın daxili yarışlarda sonuncu ev oyunudur. Qurban Qurbanovun çalışdırdığı komanda artıq çempion olan prinsipial rəqibinə Georgi Adamiyanın het-triki ilə böyük hesabla qalib gəldi – 3:0.
Qeyd edək ki, cari mövsümdə Quzanlıya qayıtmağa qərara alan "Qarabağ” yalnız fors-major hallarda rəqiblərini ehtiyat meydança kimi sifariş etdiyi Suraxanıda qəbul edəcək.
|
Категория: Unibank Premyer Liqa |
Просмотров: 370 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|