Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində dünən "Xəzər Lənkəran"la qarşılaşan "İnter" Bakıya qayıtmayıb.Klubun rəsmi saytına istinadən xəbər veririk ki, "bankirlər" bu gün oyunsonrası bərpa məşqinə çıxıb. Məşq Lənkəran şəhər stadionunun köməkçi meydançasında baş tutdu
Qeyd edək ki, "İnter" Premyer Liqanın XXVI turu çərçivəsində aprelin 1-də Lənkəranda yerli komandanın qonağı olacaq.